AZ

“İnter” liderlə xal fərqini qorudu

BAKI, 4 may. TELEQRAF

İtaliya A Seriyasının 35-ci turunda “İnter” öz meydanında “Verona”nı məğlub edib -1:0.

Teleqraf xəbər verir ki, Milanın “San Siro” stadionunda baş tutan oyunun taleyini həll edən qolu 9-cu dəqiqədə penaltidən “İnter”in albaniyalı yarımmüdafiəçisi Kristyan Aslani vurub.

Lider “Napoli” də eyni hesabla rəqibini məğlub edib. Neapol klubu səfərdə “Leççe”ni Cakomo Raspadorinin 24-cü dəqiqədə vurduğu yeganə qolun hesabına üstələyib.

35 turdan sonra “Napoli” 77 xalla vahid liderdir. 74 xala sahib “İnter” də çempionluq uğrunda mübarizəni davam etdirir.

Seçilən
0
teleqraf.com

1Mənbələr