Almaniya Bundesliqasında XXXII turun görüşləri davam edir.
Viral.az xəbər verir ki, günün son matçında “Borussiya Dortmund” doğma meydanda “Volfsburq”la qarşılaşıb.
Seru Qirassi və Kərim Adeyeminin dublu “Dortmund”a 3 xalı gətirib. Ev sahibləri rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb – 4:0.