Azərbaycan Basketbol Liqasında çıxış edən "Naxçıvan" klubunda ayrılıq yaşanıb. 

Offsideplus.az xəbər verir ki, türkiyəli baş məşqçi Murat Dikmen muxtar respublika təmsilçisi ilə vidalaşıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib: "Hər son bir başlanğıcdır. İki il əvvəl başladığımız hekayənin sonuna gəldik". 

Qeyd edək ki, Murat Dikmenin rəhbərliyi altında "Naxçıvan" komandası 2023-24 mövsümündə Azərbaycan Kuboku və ABL ikincisi olub.