AZ

ABŞ-dan Meksika ilə bağlı QƏRAR – Yeni hərbi zona yaradır

ABŞ hökuməti Meksika ilə sərhəd boyunca miqrasiya və sərhəd təhlükəsizliyi tədbirlərini gücləndirmək məqsədilə yeni hərbi zona yaratmaq qərarına gəlib. Bu barədə məlumatı Reuters agentliyi yayıb.

KONKRET.az xəbər verir ki, yeni zona Texas və Nyu-Meksiko ştatlarının sərhədində, El-Paso bölgəsi yaxınlığında yerləşəcək və 101 kilometr uzunluğunda ərazini əhatə edəcək. Hərbçilərə bu zonada müvəqqəti olaraq sərhədi qanunsuz keçən miqrantları və ya sərhəd pozucularını saxlayıb, daha sonra onları ABŞ Sərhəd Patruluna və ya digər hüquq-mühafizə orqanlarına təhvil vermək səlahiyyəti veriləcək.

Məlumata görə, hazırda ABŞ-Meksika sərhədində təxminən 11 900 hərbçi xidmət edir. ABŞ hökumətinin açıqladığı son rəsmi statistikaya əsasən, bu ilin mart ayında qeyri-qanuni sərhəd keçidi zamanı saxlanılan miqrantların sayı tarixdə ən aşağı səviyyəyə düşüb.

Yeni hərbi zonanın yaradılması ABŞ administrasiyasının sərhəd təhlükəsizliyi sahəsində daha sərt və koordinasiyalı tədbirlərə keçdiyini göstərir.

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr