AZ

Avropa çempionatlarında 71 qızıl medal - FOTO

Bu il Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan yığmasının 4 üzvü fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

İdman.biz Azərbaycan Güləş Federasiyasında istinadən xəbər verir ki, müstəqillik dövründə böyüklər arasında qitə birinciliklərində qazandığımız qızıl medalların sayı 71-ə çatıb.

Azərbaycan millisinin 40 güləşçisi çempionluq sevinci yaşayıb. Komandanın heyətində mütləq rekordçu 10 qələbə ilə Mariya Stadnikdir. Onu 4 titulla Hacı Əliyevlə Xetaq Qaztumov izləyir.

3 qat Avropa çempionları Namiq Abdullayev, Cəbrayıl Həsənov, Rafiq Hüseynov və Həsrət Cəfərov bu sıralamanı davam etdirir. Daha 8 güləşçi qitənin ən nüfuzlu yarışında "dubl" edib. 25 güləşçimiz isə bir dəfə Avropa çempionluğunun sevincini yaşayıb.

Qeyd edək ki, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları həm də Avropa çempionatı statusunu daşıdığı üçün həmin yarışda qazanılan medallar da qitə birinciliyinin hesabına yazılıb.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr