AZ

Bu şəxslər narkotik istifadəsinə görə cərimələnəcək

Gürcüstanda 18 yaşına çatmamış şəxslər marixuana çəkdiklərinə görə cərimələnəcəklər.Metbuat.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə qərar 2025-ci ilin iyun ayından etibarən qüvvəyə minəcək. 18 yaşına çatmamış şəxslərə marixuanadan istifadə etdiklərinə görə cərimə 500-1000 lari (182-364 dollar) arasında olacaq.

Polisin əsaslı şübhə yarandığı halda, yeniyetmədə narkotik maddə olub-olmadığını yoxlamaq və müayinədən keçməkdən imtina etdiyi təqdirdə lazımi tədbirlər görmək hüququ olacaq.

Seçilən
0
metbuat.az

1Mənbələr