AZ

Vasili Berezutski: Biz rəqibə daha aktiv şəkildə təzyiq edirdik

BAKI, 3 may. TELEQRAF

Oyunun ikinci hissəsində üstünlük bizim tərəfdə idi. Biz rəqibə daha aktiv şəkildə təzyiq edirdik”.
Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının XXXIII turinda səfərdə “Araz-Naxçıvan”la 1:1 hesabı ilə heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

43 yaşlı rusiyalı mütəxəssis gərgin keçən qarşılaşmanı belə şərh edib: “Birinci hissədə bərabərsəviyyəli oyun keçdi. Şanslarımız vardı ki, bu oyunda qollar vuraq. Amma əfsus ki, yenə heç-heçə etdik”.

V. Berezutski baş hakim Əliyar Ağayevin sarı vərəqə göstərdiyi epiozod barədə də danışıb: “Əlbəttə sarı vərəqə oyunun bir hissəsidir. Amma çalışmalıyıq ki, olmasın. Yəqin mən aqressiv şəkildə qışqırmışam. Amma bu, elə deyildi. Mən sadəcə demək istəyirdim ki, o tərəfdə “foul” yox idi, bu tərəfdə verdin. Baş hakimi fikrimi çatdırmaq istəyirdim”.

Seçilən
0
teleqraf.com

1Mənbələr