AZ

"İkinci yarıda üstünlük bizim tərəfimizdəydi" - Vasili Berezutski

“Sabah” Misli premyer-liqasının 33-cü turunda “Araz-Naxçıvan”la heç-heçə etdi - 1:1.

“Football-plus.az” xəbər verir ki, oyundansonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Vasili Berezutski görüş haqda fikirlərini bildirib.

- Birinci hissədə bərabərsəviyyəli oyun keçdi. İkinci yarıda üstünlük bizim tərəfimizdəydi. Qollar vurmaq üçün şanslarımız var idi.

- “Araz-Naxçıvan”ın baş məşqçisi oyun ərzində bir neçə dəfə etiraz etdi, amma ona vərəqə göstərilmədi. Siz isə ilk etirazınızdan dərhal sonra sarı vərəqə aldınız. Bu qərarı nə dərəcədə ədalətli hesab edirsiniz ?
- Sarı vərəqə oyunub bir hissəsidi. Yəqin ki, aqressiv şəkildə fikrimi bildirmişəm. Demək istəyirdim ki, o tərəfdə qayda pozuntusu oldu, amma oyunu dayandırmadın. Bunu nəzərinə çatdırmaq istəyirdim.

ƏSƏD SEYİDOV

Seçilən
0
football-plus.az

1Mənbələr