Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu matçında “Araz-Naxçıvan” “Sabah”ı qəbul edib.
“Dalğa Arena”da baş tutmuş görüşün baş hakimi Kamal Umudlu olub. Bu komandaların əvvəlki 8 çempionat matçında “Araz-Naxçıvan” cəmi 1 qələbə qazanmışdı, “Sabah” 3 dəfə 3 xala sevinmişdi, 3 görüşdə də heç-heçə qeydə alınmışdı. “Sabah” son 5 görüşdə qol vurmuş və uduzmamışdı. “Araz-Naxçıvan” evdəki son iki qarşılaşmada məğlub olmuşdu.
Bu görüşdə isə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Premyer Liqanın 33-cü turunun qalan görüşləri mayın 4-də keçiriləcək.
Premyer Liqa
33-cü tur
3 may
“Araz-Naxçıvan” – “Sabah” 1:1
Qollar: Ülvi İsgəndərov, 20 – Vensan Till, 43.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mərdəkan. “Dalğa Arena”, 19:30.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro (k), 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.
Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 7. Boyan Letiç, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 13. İvan Lepinitsa, 12. Vensan Till.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 8. Ayaz Quliyev, 15. Seymur Məmmədov, 88. Xəyal Əliyev, 32. Elgün Dünyamalıyev, 4. Sofian Çakla, 3. Con İrasabal, 33. Umarali Rahmonaliyev.
Baş məşqçi: Vasili Berezutski.