AZ

Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü


Baş nazirNetanyahu mayın 1-də İsrailin Müstəqillik Günü ilə bağlı çıxışı zamanı İncil sorğusu zamanı oğlunun adını xatırlamaq üçün əməlli-başlı tər töküb. İsrailin baş naziri kiçik oğlu Avnerin adını qarışdıraraq ona “Avraham” deyib.Lakin birdən oğlunun adını səhv dediyini anlayanda öz-özünə “İbrahim dedim?” deyə tamaşaçılara tərəf dönüb “Adı nə idi?” deyə soruşub. Bununla belə Netanyahu tamaşaçılara “Mən sizi sınaqdan keçirirdim” deyərək vəziyyətdən çıxmağa çalışıb. “Times of Israel”in məlumatına görə, 75 yaşlı Netanyahunun proqramdakı çıxışı İsrail Baş Nazirliyinin rəsmi “YouTube” səhifəsində yayımlanıb, lakin sözügedən bölmə kəsilib. Netanyahu və həyat yoldaşı Saranın qatıldığı Holokostu anma mərasimindəki çıxışı da manşetlərə daşınıb. Belə ki,baş nazir çıxışında "İndiyə qədər 196 girovu geri qaytardıq, onlardan 147-si sağ idi. Təxminən 24 canlı girov isə qaldı" deyib. Bu arada ərinin düz yanında oturan Saranın Netanyahuya tərəf əyilərək canlı girovların sayı ilə bağlı “az” ifadəsi işlətdiyieşidilib. Netanyahu isə mərasim iştirakçılarına üz tutaraq “təxminən 24” ifadəsini işlədərək vəziyyətdən çıxmağa çalışıb. Netanyahu ailəsininbu kobud səhvi girov qohumlarının hiddətinə səbəb olub.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr