Ötən gün tarixində ilk dəfə çempion olan “Traktor”un azarkeşləri İran küçələrinə axın edib.
Belə ki, Güney Azərbaycan türkləri Təbriz, Ərdəbil, Qəzvin, Mərənd, Həmədan və başqa şəhərlərdə İran vaxtı ilə gecə saat 3-ə qədər çempionluğu bayram ediblər. Bu zaman vətənpərvərlik ruhlu çağırış, şüar və mahnılar səslənib, Azərbaycan bayrağı da dalğalanıb.
Xatırladaq ki, 28-ci turda Qəzvində “Səms Azər”i 4:0 hesabıyla məğlub edən “Traktor” 55 illik tarixində ilk çempionluğu yaşayıb.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta