AZ

"Qızıl top"u qazanmaq xəyaldır, lakin..."

"Arsenal"ın hücumçusu Bukayo Saka mövsümün ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına münasibəti ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, futboçu bu barədə jurnalistlərə açıqlama verib.

"Qızıl top"u qazanmaq xəyaldır, lakin mən bütün diqqətimi "Arsenal"la titullar qazanmağa yönəltmişəm.Əsas odur ki, klubla qələbə qazanaq, qalan hər şey sonra gələcək"

İngilis hücumçu 2024-cü ildə Qızıl top üçün səsvermədə 21-ci olub. Mükafatı "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qazanıb.

Saka bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 11 qol vurub və 14 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına qədərdir.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 150 milyon avrodur.

Seçilən
0
90deqiqe.az

1Mənbələr