"Lester Siti"nin hücumçusu Ceymi Vardi İngiltərə Premyer Liqasının 35-ci turunun "Sauthempton"la oyunu matçın baş hakimi Devid Uebbin zədələnməsindən sonra dayandırıb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli hücumçu Ceymi Vardi hakimin yanına yaxınlaşaraq onun yerə düşən fitini götürüb və çalaraq oyunu dayandırıb.
Görüşdə Vardi qollardan birinin müəllifi olub və “Lester Siti” rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
Vardi 2012-ci ildən "Lester"də oynayır. "Tülkülər"lə birlikdə ingilis hücumçu Çempionşipdən İngiltərə Premyer Liqasına yüksəlib, 2015/2016 mövsümündə isə "Lester"in İngiltərə çempionluğunu qazanmasına kömək edib. Bu kampaniyadan sonra Jamie Premyer Liqada Mövsümün Oyunçusu seçildi. Qeyd edək ki, Vardi bir müddət qol vurmağı bacardığı ardıcıl matçların sayına görə İngiltərə Premyer Liqa rekorduna sahib olub. Onun hesabında 15 belə oyun var.