ABŞ Prezidenti Donald Tramp Rusiya ilə yaxınlaşmağa çalışır və Vladimir Zelenskini qıcıqlandırıcı amil kimi qəbul edir.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın hərbi analitiki Maykl Klark Vatikanda Zelenskinin ABŞ lideri ilə görüşünü şərh edərkən bildirib.
Onun fikrincə, Vatikanda keçirilən görüş ümumilikdə Zelenski ilə Tramp arasında münasibətləri yaxşılaşdırıb, lakin yenə də onların inkişaf dinamikasını əsaslı şəkildə dəyişə bilməyib.
“Val Strit Jurnal” isə bildirib ki, bu görüşün dönüş nöqtəsi olub-olmadığını söyləmək hələ tezdir.