Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.
“Şamaxı” doğma meydanda “Səbail”lə üz-üzə gəlib. Şamaxı şəhər stadionunda keçirilmiş oyunu Elçin Məsiyev idarə edib.
Bu, sözügedən komandaların 27-ci görüşü idi. Əvvəlki 26 oyunda “Şamaxı” 8, “Səbail” 9 qələbə qazanmışdı, 9 görüşdə də bərabərlik qeydə alınmışdı. “Səbail” son 2 qarşılaşmada qol vurmamışdı. “Şamaxı” son 6 ev matçında uduzmamışdı.
Bu görüşdə hesabı meydan sahibləri açıblar. Amma Premyer Liqada qalmaq üçün mübarizə aparan “Səbail” ikinci hissədə məğlubiyyətdən xilas olmağı bacarıb. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Premyer Liqa
33-cü tur
3 may
“Şamaxı” – “Səbail” 1:1
Qollar: Alfons Msanqa, 33 – Rüfət Abdullazadə, 67-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 17:00.
Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov, 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 20. Leroy Mikels (k), 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 19. Fəxri Məmmədli, 12. Maykl Tuik, 66. Vasili Bakiç.
Baş məşqçi: Ayxan Abbasov.
Səbail: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 97. Oruc Məmmədov, 10. David Qomis, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 89. Ömər Qurbanov, 44. Amir Bilali, 7. Madi Keta, 5. Gitay Sofir.
Məşqçi: Elvin Məmmədov.