ŞAMAXI, 3 may. TELEQRAF
“Ayxan Abbasovun həmişə döyüşkən komandası olur”.
Teleqraf xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının XXXIII turunda səfərdə “Şamaxı” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, qarşılaşmanın ikinci hissəsində daha yaxşı oynadıqlarını bildirib: “Bizi çətin oyunun gözlədiyini bilirdik. Şamaxı hər bir komanda üçün çətin səfərdir. Ayxan Abbasov amili də var. Onun həmişə döyüşkən komandası olur. Birinci hissədə tam konsentrasiya ola bilmədik, ikincidə daha yaxşı mübarizə apardıq. Qol vurduq, amma qollar da vura bilərdik”.