AZ

Türkiyədə alışqanla oynayan uşaq yanğın törədib

İstanbulun (Türkiyə) Bakırköy səmtində kiçik bir uşağın iş yerində alışqanla oynayarkən yanğın törətdiyi iddia edilir.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, yanğın saat 13:00 radələrində Bakırköy Zeytinlik məhəlləsinin Türkçü küçəsində baş verib. İddiaya görə, biznes mərkəzi kimi istifadə edilən binada azyaşlı uşaq alışqanla oynayaraq iş yerinin içərisindəki boya qabını alışdırıb. Yanğın sürətlə böyüdüyündən binanın içindəkilər çölə axışıblar. Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib. Yanğın yanğınsöndürənlərin müdaxiləsindən sonra nəzarətə götürülüb. Heyətlər binanın daxilində soyutma işləri apararkən yanğının yaratdığı qatı tüstü evakuasiya edilib. Yanğında yaralanan 1 nəfər təcili yardımla xəstəxanaya aparılarkən, iş yerində ziyan dəyib.

Polis yanğınla əlaqədar araşdırma aparır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
0
ikisahil.az

1Mənbələr