ABŞ Ukraynaya 310 milyon dəyərində F-16 təyyarələrinin satışını təsdiqləyib.
ABŞ F-16 və təlim avadanlıqların Ukraynaya 310 milyon dollara satışını təsdiqləyib.
Operativ Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, Ukrayna hökuməti F-16 təyyarələri üçün avadanlıq və xidmətlər almaq istəyir və satışa təyyarələrin modifikasiyası və təkmilləşdirilməsi, uçuş hazırlığı, texniki xidmət və texniki dəstək, ehtiyat hissələri, təmir, yerüstü xidmət avadanlıqları və proqram təminatı daxildir.