Hindistan, Cammu və Kəşmirdəki hücumdan sonra ölkə ilə artan gərginlik fonunda Pakistandan gələn bütün idxalları növbəti xəbərdarlığa qədər qadağan edib.
“İki sahil” NDTV telekanalına istinadla xəbər verir ki, bu barədə Hindistan Ticarət Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Pakistandan gələn və ya bu ölkədən ixrac edilən bütün malların sərbəst və ya dolayı yolla idxalı, tranziti növbəti xəbərdarlığa qədər qadağan edilib.
Bəyanatda qadağanın dərhal qüvvəyə minəcəyi və qərarın “milli təhlükəsizlik və ictimai siyasət” səbəbi ilə alındığı qeyd edilib.
Yeni Dehli administrasiyası həmçinin Pakistandan hava və quru yolu ilə gələn bütün poçt və yüklərin dayandırıldığını, Pakistan bayraqlı gəmilərin Hindistan limanlarına, Hindistan bayraqlı gəmilərinin isə Pakistan limanlarına girişinin qadağan edildiyini açıqlayıb.
Hindistanın Pakistandan idxal etdiyi əsas məhsullara dərmanlar, meyvələr və yağlı bitkilər daxildir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”