İngiltərə Premyer Liqasının XXXV turu çərçivəsində keçirilən "Lester Siti" - "Sauthempton" oyununda maraqlı hadisə baş verib.
Offsideplus.az xəbər verir ki, matçın 21-ci dəqiqəsində baş hakim "tülkülər"in futbolçusu Cordan Ayo ilə toqquşaraq yerə yıxılır. İlk qolun müəllifi olan kapitan Ceymi Vardi oyunun dayanması üçün referiyə yaxınlaşaraq fiti səsləndirir.
Hazırda davam edən qarşılaşmada "Lester" 2:0 hesabı ilə öndədir.
Videonu təqdim edirik: