AZ

İsrail Suriyadakı hərbi obyektlərə zərbələr endirdi


İsrail Müdafiə Qüvvələri mayın 3-nə keçən gecə Suriyada bir neçə hava hücumu həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bildirilib ki, hərbi obyektlər, anbarlar və raket qurğuları infrastrukturu vurulub.
Qeyd edilib ki, İsrail Dəməşq bölgəsində, Hama, Latakiya və Dəra əyalətlərində hava zərbələri endirib. Dəməşq yaxınlığındakı Harastada bir nəfər həlak olub, Həmada dörd nəfər yaralanıb.
Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu İsrailin Suriyada 20-dən çox hava hücumu təşkil etdiyini bildirib. Təşkilat hücumu İsrailin 2025-ci ildə Suriyaya ən böyük hücumu adlandırıb.
Xatırladaq ki, İsrail bu həftə Suriyaya ikinci dəfə hava zərbələri endirib. Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu mayın 2-də Dəməşqdə prezident sarayının yaxınlığındakı hədəfə hücum etdiyini bildirib.
Seçilən
0
yeniavaz.com

1Mənbələr