AZ

Ağ Ev rəsmisinin parada gəlməsi xəbərinə Kremldən REAKSİYA

  “ABŞ Dövlət katibi Mark Rubionun mayın 9-da Faşizm üzərində Qələbə Günü münasibətilə Moskvaya səfər haqda məlumatım yoxdur”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Amerika mediası çox müxtəlif mesajlar verir. Bəzən heyrətlənirsən, bəzən nə danışdıqlarını başa düşə bilmirsən. Amma indiki halda məndə belə bir məlumat yoxdur”, – Kreml sözçüsü bildirib.

Qeyd edək ki, bundan əvvəl Moskvada keçiriləcək Qələbə paradında yüksək rütbəli amerikalı məmurlardan birinin iştirak edəcəyinə dair məlumat yayılıb. “Zvezda” telekanalı sözügedən şəxsin ABŞ Dövlət katibi Marko Rubio olduğunu iddia edib./globalinfo.az  

Seçilən
0
referans.az

1Mənbələr