Pakistan Hindistanın Cammu və Kəşmir əyalətinin Pahalqam turizm qəsəbəsində baş verən terror aktının araşdırılmasında Rusiya və Çinin iştirakında maraqlı olduğunu bildirib. Bu barədə mayın 3-də Pakistanın Moskvadakı səfiri Məhəmməd Xalid Camali rusiyalı jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, İslamabad insidentlə bağlı istintaqın şəffaflığını və obyektivliyini təmin etmək üçün neytral tərəfdaşları cəlb etməyi düşünür. Səfir TASS-ın Moskvanın mümkün iştirakı ilə bağlı sualını cavablandırarkən, "Rusiya və Çin bu araşdırmada iştirak edə bilər" deyib. Və əlavə edib ki, bəzi neytral tərəfdaşlar da gəlib şəffaf araşdırmaların aparılmasında iştirak edə bilərlər. Pakistan kənar müşahidəçilərin cəlb edilməsini istintaqın nəticələrinin etibarlılığını artırmaq və Hindistanla gərginliyi azaltmaq üçün bir çıxış yolu kimi görür. İslamabad bundan əvvəldə terror aktının aydınlaşdırılmasında və regionda münaqişənin daha da genişlənməsinin qarşısının alınmasına yardım üçün beynəlxalq ictimaiyyətə müraciət etmişdi.
Kəşmirdəki hücum 22 aprel 2025-ci ildə baş verib və 26 turistin həlak olmasıyla nəticələnib. Hücuma görə məsuliyyəti Kəşmir Müqavimət qrupu öz üzərinə götürsə də Hindistan heç bir dəlil olmadan cinayətdə Pakistan kəşfiyyat agentliklərinin əlinin olmasını iddia edir. Bu əsasız iddia isə iki ölkə arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı düşməsinə və Pakistan vətəndaşlarına qarşı sanksiyalara səbəb oldu. Öz növbəsində İslamabad qətiyyətlə bütünittihamları rədd edib vəbeynəlxalq ictimaiyyətə obyektiv istintaqın aparılmasına köməklik göstərilməsi üçün müraciət edib.
Surxay Əliyev