Bakı, 3 may, AZƏRTAC
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda növbəti mükafatçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, gənclər arasında komanda hesabında dörd hərəkətin cəminə əsasən 97.750 xal toplayan Bolqarıstan təmsilçiləri qızıl medal qazanıblar.
İtaliya 97.250 xalla gümüş, İsrail 96.800 xalla bürünc mükafata sahib çıxıb.
Azərbaycan gimnastları isə 94.200 xalla altıncı yeri tutublar.
Qeyd edək ki, 25 ölkədən 170-dən çox gimnastın iştirak etdiyi turnirə mayın 4-də yekun vurulacaq.