AZ

Kevin Müller ağır zədə aldı, xəstəxanalıq oldu

Futbol üzrə Almaniya Bundesliqasının 32-ci turunun “Bohum”la ev oyunu “Haydenhaym”ın qapıçısı Kevin Müller üçün xoşagəlməz alınıb.

Arena.az xəbər verir ki, 34 yaşlı qolkiper ötən gecə keçirilmiş bu matçda ciddi zədə alıb.

Belə ki, Müllerin beyni silkələnib. Oyunun 49-cu dəqiqəsində rəqib futbolçu İbrahima Sissoko ilə toqquşmadan sonra huşunu itirən qolkiper dərhal xəstəxanaya çatdırılıb. Ətraflı müayinədən sonra onun beyninin silkələndiyi aşkar edilib. 34 yaşlı “əlcək sahibi”nin hansı müddətə sıradan çıxdığı hələ bəlli deyil.

Qeyd edək ki, Kevin Müller 2015-ci ildən “Haydenhaym”da çıxış edir. Alman qolkiper cari mövsümdə 39 oyuna çıxıb, 66 qol buraxıb, 11 matçda qapısını toxunulmaz saxlayıb. Müllerin “Haydenhaym” karyerası bütövlükdə 327 oyun, 445 buraxılmış qol və 98 “quru” oyundan ibarətdir.

Təcrübəli qolkiper karyerası ərzində “Hanza” (Rostok), “Enerji Kottbus”, “Ştutqart” kimi klublarda da forma geyinib, Almaniyanın U-20 yığmasında oynayıb.

Seçilən
0
arena.az

1Mənbələr