İstanbul, 3 may, Günel Karatepe, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müşaviri Sırrı Süreyya Önder İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.
AZƏRTAC xəbər verir ki, TBMM-in DEM partiyasından İstanbul üzrə deputatı Sırrı Süreyya Önderin ölüm səbəbi kimi çoxsaylı orqan çatışmazlığı göstərilib.
Qeyd edək ki, deputat 18 gün əvvəl səhhətində yaranan narahatlığa görə İstanbulda xəstəxanaya yerləşdirilmişdi.