AZ

Yaşıllıq qətliamı: Zaqatalada yüksək vəzifəli şəxslərə cinayət işi açıldı

Yaşıllıq

Zaqatala rayonunda qanunsuz ağac kəsilməsi ilə bağlı iki ayrı cinayət işi üzrə istintaq tamamlanıb. “14 nömrəli Yol İstismarı” MMC-nin direktoru Rüstəm Paşayevin və sakin Muhuma Qudayevin rəsmi sənədlərdə saxtakarlığa yol verərək 136 min manat dəyərində ağacların qanunsuz kəsilməsini təşkil etdiklərinə dair əsaslı şübhələr müəyyən olunub. Rüstəm Paşayev həbs edilib, Muhuma Qudayev isə polisin nəzarəti altına verilib. Digər cinayət işi üzrə isə “8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin direktoru İlham Novruzovun və Anar Hüseynovun 88 min manatlıq yaşıllığın qanunsuz şəkildə məhv edilməsində iştirakı müəyyən edilib. Hər iki iş üzrə Ekologiya Nazirliyinin 7 saylı Regional İdarəsinin sabiq rəisi Akif Məmmədovun vəzifə səlahiyyətlərini aşaraq qanunsuz rəy verməsi səbəbindən ona qarşı da cinayət işi başlanılıb. Həmin şəxslər barəsində müvafiq qətimkan tədbirləri seçilib və işlər baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO

Azərbaycanın təbii və mədəni irsi - VİDEO

Xocalıda qumbara partladı - Yeniyetmə oğlan xəsarət aldı

Seçilən
0
ulusum.az

1Mənbələr