AZ

Fərid Qayıbov: Bu həftə Azərbaycanda 3 beynəlxalq yarış keçirilib

QUBA. 3 may. TELEQRAF

"Təkcə bu həftə Azərbaycanda 3 beynəlxalq yarış keçirilib".

Teleqraf xəbər verir ki, bunu cüdo üzrə Quba Avropa Kubokunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

Onun sözlərinə görə, bunlar Bakıda bədii gimnastika, Qubada cüdo üzrə Avropa Kuboku, Mingəçevir və Suqovuşanda isə akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Prezident Kuboku reqatasıdır.

Qayıbov cüdo üzrə Avropa Kubokunun artıq üçüncü dəfə təşkil olunduğunu xatırladıb: "Bu, kifayət qədər uğurlu yarışdır. Əvvəlki iki il Azərbaycan Cüdo Federasiyası Avropa Kubokunu Göygöldə təşkil edib. Bu il isə Qubada keçirilir. Fürsətdən istifadə edərək, federasiyaya, Quba rayon İcra Hakimiyyətinə təşəkkür edirəm".

Seçilən
0
teleqraf.com

1Mənbələr