AZ

Bölgədəki oyuna “ağır çəkili” qonaqlar təşrif buyurdu - FOTO

Premyer Liqanın 33-cü turunda “Şamaxı” doğma azarkeşlərinin önündə “Səbail”lə qarşılaşır.

Oyunu izləyənlər arasında “ağır çəkili” qonaqları görmək mümkündür.

Belə ki, rayonun icra başçısı Tahir Məmmədov, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev və

Azərbaycanın xalq artisti, tanınmış aktyor İlham NamiqKamal matçı VİP-lojada yanaşı əyləşərək izləyirlər.

Oyun başlamamışdan əvvəl baş katib stadion ərazisindəki idman zalına, eləcə də xidməti otaqlarla baş çəkib.

Maraq üçün bildirək ki, “Şamaxı” Premyer Liqadakı yerini təmin edib. “Səbail” isə elitada qalmaq uğrunda mübarizə aparır.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
0
sportinfo.az

1Mənbələr