“Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola özünün, cari mövsümdəki uğursuzluqlara yol açmış məşqçi səhvini etiraf edib.
Arena.az “Goal” dərgisinə istinadən, ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“İndi dərindən düşünüb götür-qoy edirəm ki, Niko O’Rayli nəyə görə noyabr, dekabr, yanvar, fevralda oynamayıb… Elə, Ceyms Makati də… Mən onları meydana buraxmalı idim! O məqamda mən düşünürdüm ki, bəlkə də onlar hələ hazır deyillər, amma indi baxın, nə baş verib. Onlar hazırdırlar, bax, elə, buna görə də onlar oynayırlar”, deyə Qvardiola vurğulayıb.
35 oyundan 64 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədəvlinin 3-cü pilləsində qərarlaşıb. Əlləri çempionluqdan çıxmış “şəhərlilər” indi növbəti mövsümün Çempionlar Liqasına vəsiqə verəcək dördlükdə yer almaq uğrunda mübarizə aparırlar.