AZ

Heydər Əliyev Mərkəzində "Dilde, fikirde, işte birlik" türk dünyasının gələcəyi paneli keçirilib

Mayın 3-də Türkiyə prezidenti yanında kammunikasiya idarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Dilde, fikirde, işte birlik" türk dünyasının gələcəyi paneli keçirildi.

Sherg.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün paneldə iştirak etdi. Çıxışında qürur və xoşbəxtlik hiss etdiyini söyləyən səfir türk dövlətlərinin siyasi, iqtisadi, sosial cəhətdən dərin bağlarla bir-birinə bağlı olduğunu qeyd etdi. 2021-ci ilində TDT-nin qurulmasını önəmli addım adlandırdı. Bunun bölgəsəl platforma deyil, birliyin təcəssümü olduğunu dedi: 

"Ortaq hədəflərlə çalışırıq. Güvənin, barışın olduğu bölgəni yaratmaq istəyirik. Türkiyə də bu yolda böyük addımlar atır". 
 
Səfir bildirdi ki, TDT hər hansı üçüncü bir ölkəyə qarşı deyil. Beynəlxalq iş birliyi, bögəsəl sülhün tərəfində duran platformadır. 
Gələn il Türkoloji qurulatayın 100-cü il dönümünün baş tutacağını, bunu səbirsizliklə gözlədiyini söylədi. Sonda bu gündə Türk dünyasının dayanışmasının bir parçası olaraq bir araya gəldiklərini bildirdi.
Seçilən
0
sherg.az

1Mənbələr