AZ

Azərbaycan metanol ixracından 28 milyon dollardan valyuta qazanıb

BAKI, 3 may. TELEQRAF

Bu ilin birinci rübündə Azərbaycan 28 milyon 245 min dollar dəyərində 90 min tondan artıq metanol (metil spirti) ixrac edib.

Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu, ötən ilin cari dövrü ilə müqayisədə 26 min 772 ton azdır.

Ancaq ixrac olunan metanol spirti miqdar baxımdan azalsa da, statistik dəyər baxımından artıb.

Belə ki, bu ilin birinci rübündə ötən ilin cari dövrü ilə müqayisədə metanol ixracı Azərbaycana 5 milyon 490 min dollardan çox valyuta gətirib.

2024-cü ilin uyğun dövründə bu göstərici 22 milyon 755 min dollar olmuşdu.

Seçilən
0
teleqraf.com

1Mənbələr