AZ

Macarıstan klubu "Qarabağ"ın futbolçusunu alıb-almayacağını rəsmən açıqladı - SON DƏQİQƏ

"Ferentsvaroş"un "Qarabağ"ın futbolçusu Kevin Medinanı heyətinə qatmaqda maraqlı olduğunu xəbər vermişdik. Klubun bu məqsədlə Ağdam təmsilçisinə müraciət etdiyini, lakin ilk təklifə "yox" cavabı verildiyini yazmışdıq.

"Football-plus.az" xəbər verir ki, "ulloi129.hu" saytı mövzuyla bağlı bilgi yayıb. Macar həmkarlarımız "Ferentsvaroş"dan verilən məlumata istinadla bildiriblər ki, informasiya həqiqəti əks etdirmir.

Xatırladaq ki, Medinanın “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. O, 2020-ci ildən “köhlən atlar”ın uğurları üçün tər tökür.

KƏNAN BAHADIR

Seçilən
0
football-plus.az

1Mənbələr