AZ

Sabah 27 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sabah
“Bakı Marafonu 2025” ilə əlaqədar mayın 4-də nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq, bir sıra müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən 1news.az-a bildirilib ki, hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək marşrutların sayı 27-dir. ⁃ 1 nömrəli marşrutun hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri; ⁃ 2 nömrəli marşrutun hərəkəti Təbriz küçəsi; ⁃ 4 və 10 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası olmaqla hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri ilə təşkil ediləcək. ⁃ 5, 88 və 88A nömrəli marşrutların son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olacaq. ⁃ 21, 32, 46 və 120 nömrəli marşrutların son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olmaqla fəaliyyətləri Ağ Şəhər - Babək prospekti; ⁃ 20, 72 və 120E nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası olmaqla fəaliyyətləri Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi ilə təşkil ediləcək. ⁃ 6 nömrəli marşrut “Azadlıq prospekti” metrostansiyası - Axundov bağı istiqamətində fəaliyyət göstərəcək. ⁃ 18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı); ⁃ 30 və 49 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası (Xocalı prospekti); ⁃ 53 nömrəli marşrutun son dayanacaq məntəqəsi “20-ci Sahə” dairəsi olacaq. ⁃ 61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Bülbül prospekti – Xaqani küçəsi; ⁃ 65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi ilə təşkil ediləcək. ⁃ 120A nömrəli marşrutun hərəkəti Şəfəq küçəsi ilə təşkil olunacaq. ⁃ 125 nömrəli marşrutun son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi; ⁃ 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası olmaqla fəaliyyətləri İpək yolu - Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək. ⁃ 205 nömrəli marşrut İpək yolu - Mikayıl Müşfiq küçəsi istiqamətində fəaliyyət göstərəcək. ⁃ E1 nömrəli müntəzəm marşrutun fəaliyyəti İpək yolu, Mikayıl Müşfiq və Şəmsi Bədəlbəyli küçələri ilə təşkil olunacaq.

⁃ H1 nömrəli marşrutun Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkəti Xətai prospekti ilə təşkil ediləcək.

Seçilən
0
50
1news.az

10Mənbələr