AZ

Jezuş işini daha tez itirdi

Jorje Jezuşun mövsümün sonunda “Əl-Hilal”dan ayrılacağı gözlənilirdi. Portuqaliyalı mütəxəssis işini daha tez itirib.

"Football-plus.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi baş məşqçini istefaya göndərib. Buna komandanın Asiya Çempionlar Liqasının yarımfinalında Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-Əhli”yə 1:3 hesabı ilə məğlub olaraq turnirdən kənarlaşması səbəb olub.

70 yaşlı Jezuş “Əl-Hilal”ı 2023-cü ildən çalışdırırdı. Komanda onun rəhbərliyi altında ötən mövsüm həm Səudiyyə Ərəbistanı çempionu olmuş, həm də ölkə kubokunu qazanmışdı.

Yeri gəlmişkən, paytaxt komandası bu mövsüm ölkə çempionatında 29 oyuna 62 xalla 2-ci yeri tutur. “Əl-Hilal”ın lider “Əl-İttihad”dan 6 xal geri qaldığını da bildirək.

Seçilən
0
football-plus.az

1Mənbələr