"ABŞ Reyxin elit diviziyalarını darmadağın edərkən, sovet əsgərləri yalnız Hitler qüvvələrinin bir qismini öz üzərinə çəkməli olub..."
"Tramp dünyada səs-küy yaratmaq işində hələ də mütləq liderdir. Onun kimi bunu bacaran ikinci bir şəxs yoxdur".
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı publisist Aleksandr Nevzorov "gordonua.com" nəşrindəki bloqunda yazıb.
Nevzorov yazır: "Sarısaçlı Donni dünya tarixinin bağçasında alaq otlarını və yararsız, qeyri-formal mifləri darmadağın edərək təmizləmə işi görüb. SSRİ İkinci Dünya savaşının qalibləri sırasından çıxarılıb.
Qalib kimi yalnız ABŞ elan olunub və vurğulanıb ki, "bizim gücümüzə, cəsarətimizə və hərbi ustalığımıza heç kim yaxın belə düşə bilməz. Biz İkinci Dünya savaşında qələbə üçün digər hər hansı ölkədən müqayisəolunmaz dərəcədə daha çox iş görmüşük".
Əgər bu bəyanatı şərh etsək, o zaman Stalin ordusuna verilən rol, sadəcə, "ət maşını" olmaqdan ibarətdir, yəni ABŞ Reyxin elit diviziyalarını darmadağın edərkən, sovet əsgərləri yalnız Hitler qüvvələrinin bir qismini öz üzərinə çəkməli olub.
Artıq bu ABŞ-ın birmənalı və rəsmi mövqeyidir və gələcəkdə dərsliklərə düşəcək. Rusiyanın artıq qəzəbdən ağzı köpüklənir. Tramp Putin rejiminin baş bütünü- rus "qələbə məstliyini" ötəri alt-üst edib.
Amma! Bu barədə mübahisə etmək mənasızdır, çünki bir həqiqət şübhəsizdir: müharibənin taleyini müəyyən edən "Katyuşa"lar deyil, Manhetten layihəsi və nüvə silahı olub.
Cəbhələrdə vəziyyət necə olmasından asılı olmayaraq, əgər ABŞ-ın əlində "atom bombası” olmasaydı belə, Reyx yenə də yandırılıb külə çevriləcəkdi.
Qeyd etmək lazımdır ki, Stalin özü də len-dliz və Qərb silahları olmadan SSRİ-nin tam məğlubiyyətinin qaçılmaz olduğunu rəsmi şəkildə etiraf edib".