AZ

AQC-yə yenidən Vüqar Oruc rəhbərlik edəcək

AQC-yə

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) 8-ci Hesabat-Seçki Konfransı keçirilib. Konfrans çərçivəsində təşkilatın rəhbər orqanlarına seçkilər baş tutub və səsvermə nəticəsində Vüqar Oruc növbəti dəfə AQC-nin İdarə Heyətinin sədri seçilib. Qeyd edək ki, Vüqar Oruc bu vəzifəni daha əvvəl də icra edib və qiymətləndirmə sahəsində böyük təcrübəyə malikdir. Konfrans zamanı həmçinin İdarə Heyətinə Fərid Rüstəmov, Azər Niftiyev, Nail Həşimov, İbrahim Quliyev, Orxan Həsənov, Asif Yusubov, Xətai Teymurov, Rüfət Əliyev, Samir Nəsibov və Eldar Təhməzov seçiliblər. Nəzarət-Təftiş Komissiyasının üzvləri isə Namiq Məmmədov, Emin Novruzov və Tural Bağırov olub. Tədbirdə təşkilati məsələlərlə yanaşı, Cəmiyyətin gələcək fəaliyyət istiqamətləri də müzakirə olunub.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO

Azərbaycanın təbii və mədəni irsi - VİDEO

Xocalıda qumbara partladı - Yeniyetmə oğlan xəsarət aldı

Seçilən
0
32
ulusum.az

10Mənbələr