Türkiyə millisinin üzvü Arda Güler "Real"ı tərk edə bilər.
Apasport.az "Fichajes.net" nəşrinə istinadla xəbər verir ki, türk yarımmüdafiəçinin İtaliya çempionatında işləmək variantı var.
Milanın "İnter" klubu futbolçu ilə maraqlanır. Klub rəhbərliyi Güleri satınalma variantı ilə icarəyə götürmək istəyir.
Türkiyəli futbolçunun transfer dəyəri 45 milyon avro olaraq qiymətləndirilir. Onun "Los Blancos"la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.
Arda bu mövsüm La Liqada 23 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Sabiq "Fənərbaxça"lı 2 il futboldan uzaqlaşdırıldı
Jesus "Əl-Hilal"dan ayrıldı - Rəsmi
Qvardiola: “Bir müddət fasilə verəcəm”
“Fənər”in futbolçusu “Latsio”nun radarında
Bundesliqadan Premyer Liqaya