Bakı. Trend:
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bildirib ki,“şəhərlilər”lə müqaviləsi başa çatdıqdan sonra karyerasında fasiləverəcək.
Trend xəbərverir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
54 yaşlı mütəxəssis bildirib ki, insanlar məni necə yadda saxlamaqistəyirlərsə, elə də xatırlasınlar.
“Müqaviləm bitdikdən sonra fasilə götürmək niyyətindəyəm. Bunaəminəm. Təqaüdə çıxacağam, ya yox – bilmirəm, amma mütləq aravermək istəyirəm. Düşünürəm ki, “Barselona”, “Bavariya” və“Mançester Siti” azarkeşləri komandalarımın oyununu izləməkdən zövqalıblar”, - o qeyd edib.
Qeyd edək ki, Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi2027-ci ilin yayında başa çatır.