Hindistanın qərbində yerləşən Qoa ştatında keçirilən dini mərasim zamanı yaranan sıxlıq nəticəsində azı 6 nəfər həlak olub, onlarla insan yaralanıb.
Ölkə.az xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyi məlumat yayıb.
Polisin verdiyi məlumata görə, minlərlə insanın Qoa ştatının paytaxtı Panaciyidən təxminən 40 kilometr aralıda yerləşən Şirqao kəndindəki məbədə aparan dar cığırlar boyunca sıx toplanması izdihama səbəb olub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparılması üçün göstəriş verilib.
Həmidə İbrahimova