"Liverpul"un hücumçusu Luis Diaz klubda qalacaq.
90deqiqe.Az-ın "Diario Sport"a istinadən verdiyi məlumata görə, 28 yaşlı futbolçu "Barselona"ya keçmək fikrindən əl çəkmək qərarına gəlib.
Hazırda kolumbiyalının "Liverpul"la müqaviləsini uzatmaq üçün danışıqlar apardığı bildirilir.
Bu mövsüm Diaz bütün turnirlərdə 47 matçda iştirak edib, 16 qol vurub və 8 məhsuldar ötürmə edib. Hücumçunun mersisaydlılarla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.Transfermarkt-ın məlumatına görə, futbolçunun qiyməti 85 milyon avrodur.