AZ

Bu iki metro stansiyada elektrik enejinin verilişində məhdudiyyətlər yaranıb

Bakı. Trend:

"Həzi Aslanov" və "Xalqlar dostluğu" stansiyalarıistiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat vəKommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən"Bakı Metropoliteni" QSC-yə gələn yüksək gərginlikli elektrikxətləri ilə enejinin verilişində məhdudiyyətlər yaranıb. Busəbəbdən dərhal həmin istiqamətdən elektrik təchizatını təmin edənBakı metropoliteninin
dizel-generatorları qoşulmaqla qatarların hərəkəti təmin edilir.Qatarların hərəkətində qismən gecikmələr müşahidə olunur. Bakımetropoliteninin stansiyaları fəaliyyətini normal iş rejimişəraitində davam etdirir.
Sərnişinlərdən yaranmış vəziyyəti anlayışla qarşılamağı, istifadəqaydalarına və təhlükəsizlik tələblərinə əməl etməyi xahişedirik.

Məqalədə:
Seçilən
0
4
az.trend.az

10Mənbələr