AZ

"Çelsi" 19 yaşlı müdafiəçi ilə maraqlanır

"Ayaks"ın müdafiəçisi Jorrel Hato karyerasını "Çelsi"də davam etdirə bilər.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, "zadəganlar" 19 yaşlı futbolçunun xidmətində maraqlıdır.

 London klubu niderlandlı futbolçunu yay transfer pəncərəsi zamanı heyətinə qatmağı planlaşdırır. Artıq futbolçunun agenti ilə əlaqə saxlanılıb.

Bu mövsüm Hato bütün turnirlərdə 47 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Hato həmçinin böyük Niderland yığmasında altı oyun keçirib.

Seçilən
0
90deqiqe.az

1Mənbələr