AZ

Gənc kikboksçumuz amerikalı idmançını məğlub etdi

Taylandın paytaxtı Banqkok şəhərində dünyanın bir nömrəli idman təşkilatı sayılan “ONE Championship” beynəlxalq turnirinə hazırlaşan Azərbaycan Kikboksinq Federasiyasının idmançısı və ”Allazov Team” da məşqlərini davam etdirən Akif Quluzadə növbəti döyüşünü qələbə ilə başa vurub.

Publika.az xəbər verir ki, Akif Quluzadə Banqkok şəhərində yerləşən tarixi Lumpinee stadionunda amerikalı rəqibi Şon Klimakonu məğlub edib.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev kikboksçularımızın səsinin nüfuzlu yarışlarında gəldiyini qeyd edib.

“Akif Quluzadə gənc yaşlarından nüfuzlu idman təşkilatlarının diqqətində olan kikboksçulardan sayılır. Qələbəsi bunu bir daha sübut etdi. Belə nüfuzlu yarışlarda bayrağımızın dağlanması bizi də qürurlandırır. Kikboksçularımız maksimum var gücləri Azərbaycan bayrağını zirvələrə daşımağa çalışırlar. Nailiyyətlərimiz göz qarşısındadır. Dövlət tərəfindən idmanımıza göstərilən diqqət və qayğı kikboksçularımıza böyük stimuldur. Onları daha da həvəsləndirir”, - deyə O.Əliyev əlavə edib.

Qeyd edək ki, idmançımızın parlaq qələbəsi onun 6 döyüş üçün “ONE Championship” təşkilatı ilə 100 min dollarlıq müqavilənin imzalanmasına gətirib çıxartmışdı.

Seçilən
0
4
publika.az

5Mənbələr