AZ

19 ildən sonra eyni serialda çəkiləcəklər

Hollivudun iki möhtəşəm aktyoru illər sonra eyni layihədə çəkiləcəklər. 

BAKU.WS xəbər verir ki, Kianu Rivzlə Sandra Bullok 19 ildən sonra eyni serialda rol alacaqlar. 

Çəkilişlərə hazırlıq prosesi davam edir.  Serialın adı isə hələlil açıqlanmayıb. Yeni layihənin senari müəllifi Noah Oppenheimdir. Serialla bağlı bəzi detallar hələlik gizli saxlanılır. 

Bundan əvvəl ikili "Speed" və "The Lake House" kimi ekran işlərində birgə çəkilib. 

Bundan başqa Kianu "John Wick: Chapter 4" də, Sandra isə "The Lost City", "The Unforgivable" və "Bird Box" kimi ekran işlərində rol alıb. 

Seçilən
0
far.az

1Mənbələr