BAKI, 3 may. TELEQRAF
Abşeron rayonunun Digah kəndində 1988-ci ildə anadan olan və Əlibaxış Gülrza oğlu Ağayevin intiharının təfərrüatları məlum olub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Ə.Ağayevin çoxlu borcu var imiş.
Üç övladı olan Əlibaxış Ağayev Mehdiabad Musiqi Məktəbində tar müəllimi işləyir, buna görə 500 manat maaş alırmış.
İlk nikahından bir oğlu olan Ə. Ağayev 10 il əvvəl ailəsindən ayrılıb.
İkinci nikahdan isə iki oğul atası olan Əlibaxış borclarını ödəyə bilmirmiş. Onun təkcə 4 min manat aliment borcu varmış.
Əlibaxış işdən əlavə fəhləliklə 200-300 qazanırmış. Ancaq bütün bunlar onu yoxsulluqdan xilas edə bilməyib. Buna görə də psixikası pozulan Ə. Ağayev intihar edib.