Sankt-Peterburqun Kalininski rayonunda ailə münaqişəsi zamanı arvadı və uşaqlarına atəş açan yerli sakin saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın region üzrə İstintaq Komitəsi məlumat yayıb.
Hadisə Rustaveli küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. Ailədaxili mübahisə zamanı sərxoş kişi qonşu otaqda uşaqları ilə ondan gizlənən arvadına bir neçə dəfə atəş açıb.
Hüquq-mühafizə orqanları mənzildən 11 silah və 7000-ə yaxın patron götürüb. İstintaq tədbirləri davam etdirilir, cinayət işi açılıb.