AZ

Türk klubundan transfer BOMBASI - 80 milyonluq ulduz gəlir?

İstanbulun "Fənərbağça" klubu yayda səs gətirəcək ulduz transferini reallaşdıra bilər. Ajans.az "Fanatik"ə istinadən xəbər verir ki, "Çelsi"nin 2023-cü il mövsümündə "Leypsiq"dən 60 milyon avroya transfer etdiyi fransız futbolçu Kristofer Nkunkunun mövsümün sonunda klubu tərk edəcəyi gözlənilir. Bir vaxtlar 80 milyon avroya qədər sərvəti olan hücumçu kifayət qədər şans qazanmadığı üçün "Çelsi"dən ayrılmaq istəyir. Klubun yeni baş məşqçisi Enzo Mareska da bu ayrılığı bəyənir.

Hücumun bütün mövqelərində oynaya bilən Nkunku ilə maraqlanan klublar arasında Fənərbaxçanın da adı hallanır. Sarı-göylər klubun mövsümün sonunda rəsmi təklif verəcəyi gözlənilir.

Seçilən
0
Ajans.az

1Mənbələr