TBİLİSİ, 3 may. TELEQRAF
Gürcüstanın Acarıstan Muxtar Respublikasında (MR) Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə MR-in mədəniyyət naziri Elisso Bolkvadze Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Batumi şəhərindəki Baş konsulu Fuad Əzizovla görüşdə bildirib.
Səfir öz növbəsində bu təşəbbüsü yüksək qiymətləndirərək, qarşılıqlı olaraq Acarıstanda da Azərbaycan Mədəniyyəti Günlərinin təşkil olunmasını təklif edib.
Səfirlikdən bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs edilib, xüsusilə də Acarıstanda mədəniyyət sahəsi üzrə əməkdaşlığın genişləndirilməsinin imkanları müzakirə olunub.
Tərəflər gələcəkdə mədəniyyət sahəsində konkret layihələrin reallaşdırılması məqsədilə birgə işçi qruplarının yaradılması və mədəniyyət sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini də qeyd ediblər.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.