"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara laryerasını "Mançester Siti"də davam etdirməyə yaxındır.
90deqiqe.Az-ın "Fanatik"ə istinadən verdiyi xəbərə görə,"şəhərlilər" 25 yaşlı futbolçu ilə maraqlanır.
Braziliyalı futbolçunun potensial transferi İngiltərə klubuna 40 milyon avroya başa gələ bilər.
Saranın xidmətində "Aston Villa", "Nottingem Forest" və "Everton" da maraqlıdır.
Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 41 oyuna çıxıb, 2 qol vurub və 8 məhsuldar ötürmə edib. Saranın klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 22 milyon avrodur.